AZ

“Sözümüzü meydanda deməyə çalışacağıq”

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçi bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bizi sabah ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirəcəyik. Hazırda motivasiyamız yüksəkdir. Sabah sözümüzü meydanda deməyə çalışacağıq”.

Sentyabrın 5-də reallaşacaq İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

"Cebheinfo.az" 

 

Seçilən
21
2
cebheinfo.az

3Mənbələr