ain.az, Xalq qazeti saytına istinadən bildirir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq artisti Afaq Bəşirqızı Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən mərasimdə orden sənətkara təqdim olunub. Mədəniyyət naziri Adil Kərimli Afaq Bəşirqızını 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edib, onun yaradıcılığının milli mədəniyyətimizin inkişafında mühüm rol oynadığını vurğulayıb. Afaq Bəşirqızı dövlətimizin göstərdiyi diqqətə görə minnətdarlığını bildirib. Xalq artistinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub.
Ü.QARAYEVXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.