1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İki Venesuela hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyindən məlumat verilib.
"Venesuela Prezidenti Nikolas Maduronun iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə yaxın məsafədən uçub. Bu son dərəcə təxribat xarakterli addım bizim narkoterrorizmlə mübarizə üzrə əməliyyatlarımıza müdaxilə etmək məqsədi daşıyırdı", - deyə nazirliyin bəyanatında bildirilib.
"Venesuelanı idarə edən kartelə israrlı şəkildə tövsiyə olunur ki, gələcəkdə ABŞ Silahlı Qüvvələri tərəfindən narkotrafik və narkoterrorizmlə mübarizə üzrə keçirilən əməliyyatların qarşısını almağa, çəkindirməyə, maneçilik törətməyə cəhdlər edilməsin", - deyə sənəddə qeyd olunub.
Xatırladaq ki, sentyabrın 2-də ABŞ Prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin beynəlxalq sularda əməliyyat çərçivəsində Venesuelanın "Tren de Aragua" narkokartelinin 11 üzvünün məhv edildiyini açıqlayıb. Trampın sözlərinə görə, Karakas narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün kifayət qədər iş görmür. Bundan əlavə, Vaşinqton Maduronu "Cartel de los Soles" adlı narkokartelə aid olmaqda ittiham edir, hansı ki, Karakas onun mövcudluğunu qəti şəkildə inkar edir.