Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovunrəhbərlik etdiyi nümayəndə heyəti Bern şəhərində Beynəlxalq MülkiAviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar vəICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional DirektoruNikolas Rallo ilə görüş keçirib.
Bu barədə Trend-ə
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Baş katib Xuan Karlos Salazar Azərbaycanın bölgədə ICAO-nun fəalüzv dövləti kimi həyata keçirdiyi işləri yüksək qiymətləndirdiyinibildirib. O, ölkəmizin bir sıra mühüm layihələri uğurla icraetdiyini, ICAO-nun Azərbaycanı daim dəstəklədiyini və gələcəkdə dədəstəkləyəcəyini deyib. Baş katib həmçinin Azərbaycan mülkiaviasiyasının inkişafının növbəti mərhələyə yüksəldilməsininvacibliyini qeyd edərək bunun üçün Mülki Aviasiya Baş Planınınhazırlanmasının zəruriliyini diqqətə çatdırıb. O bu cür planlarınartıq aviasiya sahəsində aparıcı dövlətlər tərəfindən səmərəliistifadə olunduğunu, böyümə hədəflərinin sistemli şəkildəplanlaşdırılması və əlaqələndirilməsi üçün mühüm vasitə kimi çıxışetdiyini vurğulayıb.
Nazir müavini Elmin Məmmədov bu sistemli yanaşmanın Azərbaycanaviasiya sektorunun daha da inkişafı üçün əhəmiyyətini vurğulayıb.Bildirib ki, hökumət, mülki aviasiya orqanı və aviasiya sənayesiICAO-nun rəhbərliyi altında sıx koordinasiya şəraitində belə birplanı hazırlamaq və səmərəli şəkildə həyata keçirmək üçün birlikdəçalışacaq.
Bundan əlavə, Azərbaycan nümayəndə heyətinə ICAO-nun2026-2050-ci illər üçün Strateji Planı və transformasiya hədəfləribarədə məlumat verilib. ICAO-nun artıq bu hədəfləri həyatakeçirməyə başladığı, əsas inkişaf istiqamətlərini müəyyənləşdirdiyivə üzv dövlətlərin gözləntilərini qarşılamaq üçün konkret addımlaratdığı qeyd olunub. Bununla yanaşı, ICAO-nun rolunun əvvəl yalnızbeynəlxalq aviasiya standartlarını müəyyən edən hökumətlərarasıtəşkilat olmaqla məhdudlaşdığı, hazırda isə bu əsas funksiyalarınıqorumaqla yanaşı, üzv dövlətlərin ehtiyaclarının düzgünqiymətləndirilməsi və ödənilməsi üçün fəal dəstək göstərən birtəşkilata çevrildiyi vurğulanıb.
Görüşdə Azərbaycan nümayəndə heyəti rəqəmsal inkişaf vənəqliyyat naziri Rəşad Nəbiyevin rəsmi dəvətini ICAO Baş katibininnəzərinə çatdırıb. Vurğulanıb ki, belə bir səfər ICAO iləAzərbaycan arasında yüksəksəviyyəli əməkdaşlığın davametdirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanda həyata keçirilənaviasiya layihələrinin bu ixtisaslaşmış beynəlxalq təşkilatındiqqətinə çatdırılması üçün imkan yaradacaq.
Tərəflər həmçinin 2026 və ya 2027-ci ildə Azərbaycandabeynəlxalq ICAO tədbirinin keçirilməsi imkanlarını müzakirəediblər. ICAO ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinintabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyi arasında birgəlayihələr, o cümlədən aviasiya mütəxəssislərinin hazırlanması vətəlim proqramlarında əməkdaşlığın genişləndirilməsi məsələləri dədiqqət mərkəzində olub. Uçuşların təhlükəsizliyi, aviasiyatəhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində kadrlarıninkişafının, o cümlədən Azərbaycan mütəxəssislərinin ICAO-nuntələblərinə uyğunlaşdırılmasının əhəmiyyəti də vurğulanıb.Azərbaycan nümayəndə heyəti həmçinin Ələtdə icra olunan “Ələt YaşılHava Limanı” layihəsinin cari vəziyyəti barədə Baş katibə məlumatverib, layihənin dayanıqlı hava limanı inkişafı üçün innovativyanaşmanı və beynəlxalq ekoloji standartlara uyğunluğu özündəehtiva etdiyini bildirib. Diqqətə çatdırılıb ki, bu layihə milli vəqlobal dayanıqlılıq hədəfləri baxımından ICAO ilə əməkdaşlığınəzərdə tutur.
Görüşdə 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”naməxsus “Embraer 190” təyyarəsində baş verən qəzanın araşdırılmasınaxüsusi diqqət yönəldilib. Azərbaycan tərəfi Qazaxıstanın həyatakeçirdiyi araşdırmaya ICAO-nun davamlı dəstəyinə görə təşəkkürünüifadə edib. Azərbaycan tərəfinin xüsusilə vurğuladığı məsələlərdənbiri məhkəmə ekspertizasının müvafiq sahə üzrə ixtisaslaşmış vətəcrübəli ekspertiza orqanı tərəfindən aparılmasının vacibliyiolub. ICAO qeyd edib ki, ətraflı və qərəzsiz araşdırmalar ÇikaqoKonvensiyasının 13 saylı əlavəsinin əsas tələblərdəndir. Təşkilatüzv dövlətlərin qlobal aviasiya təhlükəsizliyi standartlarınıqorumasına dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib.
Nəticədə, tərəflər ICAO, Dövlət Mülki Aviasiya Agentliyi vəAzərbaycanın aviasiya sənayesi arasında müxtəlif sahələrdəəməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Azərbaycantərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətrafmühitin mühafizəsi sahələrində qlobal standartların tətbiqinə dairICAO siyasətinə dəstəyini bir daha təsdiqləyib.