AZ

DÇ-2026-nın final mərhələsində çıxış edəcək daha üç yığma müəyyənləşib

Bakı, 5 sentyabr, AZƏRTAC

2026-cı il dünya çempionatının final mərhələsində çıxış edəcək daha üç yığmanın adına aydınlıq gəlib.

AZƏRTAC xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialda iştirakçı ölkərin sayı 16 olub.

Ötən gecə keçirilən oyunların nəticəsinə əsasən, turnirdə Kolumbiya, Paraqvay və Ekvador milliləri də dünya çempionatında çıxış edəcək.

Bundan əvvəl mundialı qəbul edəcək 3 ölkə ilə yanaşı, Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Uruqvay, Yeni Zelandiya seçmələri final mərhələsində iştirak hüququ qazanmışdı.

Qeyd edək ki, dünya çempionatının final mərhələsində 48 yığma mübarizə aparacaq.

 

Seçilən
52
5
azertag.az

8Mənbələr