AZ

“Ayı Rusiyanın simvoludur, dünyanın ən böyük pələngi də bizdədir” - Putin

 

Rusiya prezidenti Vladimir Putin Çin və Hindistanla ittifaqda “rus ayısı”nın yeri ilə bağlı suala zarafatla cavab verib.

 

Missiya.Az TASS-a istinadən xəbər verir ki, Şərq İqtisadi Forumunun plenar iclasında moderator Putinə Çin prezidenti Si Cinpin və Hindistanın baş naziri Narendra Modi ilə oturduğu yerdə bütün dünya mediasında yayılan fotonu xatırladıb. Foto artıq simvolik olaraq “fil, əjdaha və ayı” sözləri ilə təsvir edilib. "Bəs ümumiyyətlə ayı bu ittifaqda hansı yeri tutur?" moderator soruşub. Putin rezident zarafatla cavab verib: “Ayı elə ayıdır”. Putin onu da vurğulayıb ki, ayı Rusiyanın simvoludur, lakin dünyanın ən böyük pələngi Ussuri pələngidir, yəni həm də Rusiya pələngidir

 

"Ayı, əlbəttə ki, Rusiyanın simvoludur, lakin - biz Uzaq Şərqdəyik - dünyanın ən böyük pələngi, yeri gəlmişkən, Ussuri pələngidir, rus pələngidir" , Putin vurğulayıb

 

Elcan

Missiya.Az

Seçilən
55
9
missiya.az

10Mənbələr