Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında deyib.
"Ukraynadakı mümkün hərbi kontingentlərə gəldikdə, bunun səbəbi bəllidir. Onlar Kiyevin NATO-ya cəlb olunmasını istəyirlər. Xüsusilə indiki şəraitdə, hərbi əməliyyatlar davam edərkən bəzi qoşunlar orada peyda olarsa, onlar məhv ediləcək".
Putin vurğulayıb ki, Ukraynada uzunmüddətli sülh əldə edildikdən sonra orada Qərb qoşunlarının yerləşdirilməsinə ehtiyac qalmayacaq:
"Razılaşmalar əldə olunarsa, Rusiyanın onları tam şəkildə yerinə yetirəcəyinə heç kimin şübhəsi olmasın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31