Misirdə maraqlı hadisə yaşanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, motosikletlə sərnişin daşıyan taksi sürücüsü, müştərisinin israilli turist olduğunu anlayınca onun nəqliyyatdan enməsini tələb edib.
Hadisə, İsrail ordusunun Qəzzəyə hücumlarına qarşı dünya miqyasında artan etirazların fonunda baş verib.
Məlumata görə, sürücü turistin israilli olduğunu öyrənən kimi dərhal dayanaraq onu motosikletindən düşürüb. Həmin anlar isə kamera vasitəsilə qeydə alınıb və sosial şəbəkələrdə gündəm olub.