Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Ekologiya.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 tüfəng, 11 patron darağı və 27 ədəd patron aşkar edərək götürüblər.