Olaylar.az xəbər verir ki, bu proseslər xüsusən ürək-damar xəstəlikləri olan insanlar, habelə təzyiq və yuxu pozğunluğundan əziyyət çəkənlər üçün narahatlıq yarada bilər. Baş ağrısı, yorğunluq, əsəbilik və diqqət dağınıqlığı da maqnit qasırğalarının təsiri nəticəsində müşahidə oluna bilər.
Bununla yanaşı, kosmik hava şəraitindəki dəyişikliklər texnoloji sistemlərə də təsirsiz ötüşmür. Peyk rabitəsində qısamüddətli nasazlıqlar, naviqasiya sistemlərində dəqiqlik problemləri və elektrik şəbəkələrində yüklənmələr mümkündür.
Sentyabr boyunca gözlənilən maqnit qasırğalarının vaxtı isə belədir: xüsusən 6-10, 14-17, 15-19, və 23 sentyabrda müəyyən dalğalanmalar mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31