AZ

“Muzeydə musiqi” layihəsi çərçivəsində yeni mövsüm Teymur Kazımovun solo konserti ilə açılıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” layihəsi çərçivəsində yeni mövsümü beynəlxalq müsabiqələr laureatı Teymur Kazımovun solo konserti ilə açıb.

AZƏRTAC xəbər verir ki, musiqi gecəsində beynəlxalq müsabiqələr laureatları Camal Əliyev (piano) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Dilarə Kərimova (konsertmeyster) çıxış ediblər. Onlar Azərbaycan və dünya bəstəkarlarının seçilmiş əsərlərini tamaşaçılara təqdim ediblər.

Klassik musiqi incilərinin səsləndiyi proqram sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
azertag.az

2Mənbələr