AZ

Xızıda suda batan iki qardaş Tovuz rayonunda dəfən olundu

TOVUZ, 5 sentyabr. TELEQRAF

Taxtakörpü-Ceyranbatan su kanalında batan iki qardaş, Tovuz rayon sakinləri, 2001-ci il təvəllüdlü Ramazan Abdıyev və 1999-cu il təvəllüdlü Orxan Abdıyev bu gün dəfn olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hər iki şəxs Tovuz rayon Cilovdarlı kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə ehtiyatsızlıqdan baş verib. Qardaşlardan biri digərini sudan çıxararkən boğulub.

Seçilən
12
teleqraf.com

1Mənbələr