Bakı. Trend:
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalanyerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə 9 sentyabr saat11:00-da start veriləcək.
Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumatyayıb.
Bildirilib ki, abituriyentlər (subbakalavrlar) https://portal.edu.az/ sistemindən qeydiyyatdankeçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanqeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 15 sentyabr saat18:00-da yekunlaşacaq.