AZ

Qarabağdan könüllü gedən 16 min erməni Ermənistan vətənadaşlığı alıb

BAKI, 5 sentyabr. TELEQRAF

Qarabağdan könüllü getmiş 16 mindən çox erməni Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komitəsinin iclasında daxili işlər nazirinin müavini Armen Kazaryan deyib.

Onun sözlərinə görə, bu 16 mindən 5 minindən çoxu avtomatik olaraq Ermənistan vətəndaşı olmuş yetkinlik yaşına çatmayanlardır. Yəni, yeni pasport almış valideynlərinin ardınca.

"Bu, sentyabrın 2-nə olan məlumatdır", - nazir müavini qeyd edib.

Seçilən
6
5
teleqraf.com

6Mənbələr