AZ

Ölkədə SMS yazanlar azalır, danışıq dəqiqələrinə tələb kəskin düşür –SƏBƏB

Azərbaycanda SMS və danışılmış dəqiqələr ilbəil azalaraq öz yerlərini internetə verirlər.

AzPost Banker.az-a istinadən  xəbər verir ki, ölkədaxili mobil telefon trafiki 2020-ci ildə 18 milyard 725,6 milyon dəqiqə olduğu halda, 2024-cü ildə 13 milyard 729,0 milyon dəqiqəyə düşüb. Bu, ötən dövr ərzində təxminən 26,7% azalmanı göstərir.

Mobil şəbəkədaxili çıxış trafiki də azalmaqda davam edir. 2020-ci ildə 14 milyard 614,4 milyon dəqiqə olan bu göstərici 2024-cü ildə 9 milyard  944,6 milyon dəqiqəyə enib. Digər mobil şəbəkələrə çıxış trafiki də azalma tendensiyası göstərir. 2020-ci ildə 3 milyard 574,4 milyon dəqiqə, 2024-cü ildə isə 3 milyard 440,2 milyon dəqiqə.

Seçilən
35
1
azpost.info

3Mənbələr