AZ

Qaxda kol-kos alışdı - Yanğın kafeyə keçdi

Qaxda yanğın olub.

"Unikal" xəbər verir ki, Qax rayonu Qaradolaq kənd ərazisində kol-kosda yanğın baş verib. Əraziyə Qax rayon YMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı 250 k/m sahədə quru ot və kol-kos alışıb. Nəticədə yanğın yaxınlıqda yerləşən 1973-cü il təvəllüdlü Namazov Elşən Maarif oğluna məxsus ümumi sahəsi 162 k/m kafeyə keçib və nəticədə kafenin yanar konstruksiyaları tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. 

Seymur Əli

Seçilən
27
2
unikal.az

3Mənbələr