Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də paytaxtın Binəqədi rayonunda sürücü polisə müraciət edərək “VAZ-2106” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı C. Qurbanov saxlanılıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.