AZ

® Azərbaycan Texnologiya Universitetində psixoloji xidmət fəaliyyətə başlayıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gəncə, 5 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

ATU-nun 2024/2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq, tələbə və professor-müəllim heyətinin psixoloji rifahının dəstəklənməsi məqsədilə psixoloji xidmət yaradılıb.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu istiqamətdə universitetdə müvafiq psixoloq ştatı təsis olunub. Yeni xidmət tələbə və əməkdaşların şəxsi inkişafına, stressin idarə olunmasına və daha sağlam tədris mühitinin formalaşdırılmasına dəstək göstərəcək.

Qeyd edək ki, psixoloji xidmət universitetin 2112-ci otağında fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
azertag.az

2Mənbələr