Bakıda saxlanılan Rusiya vətəndaşları ailə üzvləri ilə görüşüb.
Bu barədə Herbiand.az-a Ombudsman Aparatından bildirilib.
Qeyd edilib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə bu məsələ Milli preventiv qrupun nümayəndələrinin nəzərində saxlanılır.
“Bu qrup onların ailə üzvlərini aparatda qəbul edir, daxil olan müraciətlərə vaxtında və qanunvericilik çərçivəsində baxılır və icazə verilir, lazım olduqda yardım göstərilir. Onların yaxınları ilə növbəti görüşü bu günlərdə keçirilib”, - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından bildirilib.