AZ

Çin ABŞ nin çağırışından narazıdır

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az “The Global Times” nəşrinə istinadən xəbər verir ki, Çinin Xarici İşlər nazirliyi Pekinin Rusiya-Ukrayna müharibəsində tərəf olmadığını və bu münaqişədə iştirak etmədiyini diqqətə çatdırırb. “Biz qəti şəkildə Çinin hədəfə alınması praktikasının əleyhinəyik. Biz Çinə edilən iqtisadi təzyiqlə qəti şəkildə razılaşmırıq. Çin nə münaqişənin yaradıcısı, nə də tərəfidir, həmçinin ona cəlb olunmayıb”, - CİN XİN-in nümayəndəsi Qo Tszyakun deyib. Xatırladaq ki, bundan əvvəl Ağ Evdəki mənbəyə istinad edən “New York Post” qəzeti ABŞ prezidenti Donald Trampın Avropa liderləri ilə telefon danışığında onları Rusiyadan neft almağı dayandırmağa çağırdığını yazmışdı. Bundan əlavə, Amerika lideri bildirib ki, Avropa ölkələri Çinə iqtisadi təzyiq göstərməlidir. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
azvision.az

1Mənbələr