AZ

Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər: Partiya sədri Qərb liderlərini qorxaq adlandırdı

Sitat.info saytına istinadən ain.az xəbər verir.

"Dünya tarixində, ən azı son 3000-4000 ildə “təhlükəsizlik zəmanəti” anlayışının bircə izahı olub – hansısa dövlət (qədim, müasir, klassik, arxaik – fərq etməz), başqa bir dövlətlə bir yerdə düşmənə qarşı vuruşacaq, ölüb-öldürəcək ya yox, vəssalam. Başqa heç bir təhlükəsizlik zəmanəti yoxdur, ola da bilməz. Dünən Parisdə növbəti dəfə yığışan “siyasi impotentlər” qəhrəman Ukrayna xalqı üçün vuruşmaqdan yenə də imtina etdilər, yəni, Şimali Koreya qədər ola bilmədilər.  Şimali Koreya Rusiya üçün vuruşmağa rəsmi əsgər göndərdi, öldü-öldürdü. Avropa isə bunu bacarmadı, istəmədi, çəkindi, qorxdu".

Sitat.info xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli deyib.

Onun fikrincə, Putin bunları görür və  iştahı daha da şişir: "Nəticədə Ukrayna xalqına, dövlətinə qarşı beynəlxalq cinayətlərini, işğalı davam etdirir. Avropada 2-3 dövlət çıxıb, "biz Ukayna dövləti ilə, beynəlxalq hüquqa uyğun, Rusiyanın Şimali Koreya ilə bağladığı müqavilə kimi hərbi ittifaq bağlayırıq, ora 200 min qoşun göndəririk" - desəydi və dediyini edə bilsəydi, müharibə çoxdan bitmişdi". 

Nigar,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
sitat.info

2Mənbələr