AZ

Rauf Zeyni xeyriyyəçilik və kamil insan ideyasını şərh etdi

Müstəqil ekspert Rauf Zeyni QHT.az-a açıqlamasında 5 sentyabr – Beynəlxalq Xeyriyyəçilik Günü münasibətilə hamını təbrik edib.

Ekspert bildirib ki, Azərbaycan xalqı dünya miqyasında xeyriyyəçiliklə tanınan bir xalqdır və bir çox xeyriyyəçilərimiz həm ölkəmizdə, həm də xaricdə iz qoyub. O, xeyriyyəçiliyi fəlsəfi və ilahi düşüncədən irəli gələn bir humanizm nümunəsi kimi qiymətləndirib:

"Humanizm insanların düşüncəsində öz-özünə yaranmır, müəyyən bir inanc və idealizm əsasında formalaşır. Sufi və hürufi təliminə görə kamil insan bütün dünyanı dərk edərək yaşamalıdır. Bizim devizimiz – kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət – də bu prinsiplərə əsaslanır. Beynəlxalq Xeyriyyəçilik Günü Azərbaycan xalqına birbaşa aiddir və ölkəmiz üçün, həm də bəşəriyyət üçün göstərilən xeyriyyəçilik nümunələri dünya ictimaiyyətinə təqdim olunmalıdır".

Ekspert həmçinin vurğulayıb ki, o ki qaldı ailələrə və cəmiyyətə, bizim mesajımız odur ki, həmin düşüncə, əxlaq və mənəviyyatla insanlara, ailələrə və cəmiyyətə diqqətli, qayğılı olmağı davam etdirək və xeyriyyəçilik ruhunu yaşadaq.

 

Pərvanə Fərhadqızı

Seçilən
122
qht.az

1Mənbələr