AZ

Nüvə sənayesi böhran ərəfəsindədir

AzVision.az xəbər verir ki, Dünya Nüvə Assosiasiyasının (DNA) hesabatına istinad edən “Financial Times” nəşri belə məlumat yayıb.

“Mövcud mədənlər növbəti onillikdə tükənmə ilə üzləşdikcə, yeni təbii uran ehtiyatlarına ehtiyac getdikcə aktuallaşır. Bu, geniş kəşfiyyat, innovativ mədən üsulları, səmərəli icazə sistemi və vaxtında investisiya qoyulmasını tələb edəcək”,- qurumun ekspertləri bildirirlər.

Amerikanın “Energy Fuels” şirkətinin baş direktoru Mark Çalmersin sözlərinə görə, bir çox müəssisələr mədənlərin köhnəlməsi və onların məhsuldarlığının enməsi səbəbindən uran hasilatını azaldacaq.

- 2030-cu ilə qədər nüvə reaktorlarında uran istehlakı 1/3 dəfə artaraq 86 min tona, 2040-cı ilə qədər isə 150 min tona çatacaq. Bu, bütün sənayenin inkişafını təhdid edən tələb və təklif arasında “əhəmiyyətli uçurum”a səbəb ola bilər”, - DNA-nın hesabatında vurğulanır.

Buna görə də ekspertlər uranı reaktorlar üçün yanacağa çevirə bilən uranın emalı və zənginləşdirilməsi texnologiyalarına sərmayə qoymağa çağırırlar.

“Financial Times” qeyd edir ki, yeni uran mədənlərinin açılması mürəkkəb və uzun bir prosesdir və yatağın aşkarlanmasından hasilatın başlanmasına qədər 10-20 il çəkə bilər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
83
1
azvision.az

2Mənbələr