AZ

İsrail və ABŞ yeni müharibəyə başlaya bilməyəcək

"İsrail və müttəfiqləri İrana qarşı yeni müharibəyə başlamağa qadir deyillər və buna görə də psixoloji təzyiq göstərirlər".

Missiya.Az "Newsam"a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Əli Məhəmməd Naeini deyib.

"Düşmən yeni müharibəyə başlaya bilməz, lakin ölkəni narahatlıq və gərginlik mühitində saxlamaq istəyir", - Naeini bildirib. 

O əlavə edib ki, İsrail və ABŞ təhlükə hissi yaratmaq üçün psixoloji əməliyyatlar aparır, lakin İran münaqişənin təşəbbüskarı deyil və bundan qorxmur. 

General iranlıları sakit olmağa çağırıb: “Müharibə baş verərsə, qalib gələcəyik və düşməni peşman edəcək çəkindirici qüvvəmiz olacaq”. 

Naeininin sözlərinə görə, İran uğurlu əks əməliyyatlar sayəsində iyunun 24-də ABŞ və İsrailin təcavüzünü dayandıra bilib. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
33
1
missiya.az

4Mənbələr