AZ

İmişlidə işə götürənlərlə görüş keçirilib

ain.az bildirir, Azertag portalına istinadən.

İmişli, 5 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq Filialı tərəfindən İmişli şəhərində dəyirmi masa təşkil olunub.

Mil-Muğan Regional Məşğulluq Filialından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin və filialın rəsmiləri, Qarabağ Peşə Hazırlığı Mərkəzinin nümayəndələri həmçinin digər rəhbər şəxslər iştirak ediblər.

Tədbirdə 20-ə yaxın işəgötürən iştirak edərək, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar əldə ediblər. İşəgötürənlər tərəfindən əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi, peşə kursları, əmək yarmarkaları ilə bağlı ünvanlanmış suallar Agentlik nümayəndələri tərəfindən cavablandırılıb.

İşəgötürənlər, eyni zamanda, Qarabağ Peşə Hazırlığı Mərkəzinin nümayəndələri tərəfindən peşə hazırlığı istiqamətində də məlumatlandırılıblar.

Qeyd edək ki, dəyirmi masanın təşkilində əsas məqsəd Mil-Muğan regionunda Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı işəgötürənlərin məlumatlandırılması, məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
azertag.az

1Mənbələr