AZ

“Bizim dövlət büdcəmiz Azərbaycanın hərbi büdcəsi səviyyəsinə qədər artırılmayacaq” - Sarkisyan

Ermənistan Respublikasının müdafiə nazirinin müavini Hraçya Sarkisyan 2026-cı ilin büdcəsində Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulan məbləğin azaldılıb-azaldılmayacağından xəbərsizdir.

Herbiand.az xəbər verir ki, Sarkisyan bu barədə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, gələn ildə də bu il görülən işin həcmi qədər işlər görüləcək: “Biz ortamüddətli proqramlarda təsdiqlənən və nəzərdə tutulanları həyata keçirəcəyik, eyni xərcləri həyata keçirəcəyik. Büdcə dekabrda təsdiqlənəcək. Düşünürəm ki, o zaman hər şey müəyyənləşəcək. Əgər sualınız ondan ibarətdir ki, bizim Müdafiə Nazirliyi öz funksiyalarını yerinə yetirmək üçün müxtəlif vasitələr əldə etməyəcək və ya daha az alacaq, o zaman sizi əmin edirəm ki, 2026-cı ildə Müdafiə Nazirliyi 2024, 2025-ci illərdə olduğu kimi eyni məntiqlə işləyəcək”.

O, Azərbaycanın intensiv şəkildə silahlandığını, Ermənistanın Müdafiə Nazirliyinin xərclərinin isə artırılmadığı iradına münasibət bildirərək qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi son 30 ildə Ermənistanın dövlət büdcəsindən dəfələrlə çox olub. “Əgər sualınız ondan ibarətdir ki, biz bütün dövlət büdcəmizi Azərbaycanın hərbi büdcəsinə çatacaq qədər artırırıq, bu, baş verməyəcək”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
96
1
herbiand.az

2Mənbələr