ABŞ-nin Avropa Komandanlığının təşkil etdiyi “Dəmir yumruq” hərbi təlimi Litva, Latviya, Estoniya və Polşanı əhatə edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Litva ordusu komandanlığı təlimlərin başladığını elan edib.
“Təlimlərin əsas vəzifəsi amerikan bölmələrinin daimi bazalardan tez yerdəyişməsi və NATO-nun şərq cinahında döyüş əməliyyatlarına hazırlığın məşq edilməsidir”, - hərbi agentliyin bəyanatında deyilir.
Litvada "Dəmir yumruq" təlimi 17 min əsgərin iştirak etdiyi ''Perkunas Thunder'' adlı ölkə ordusunun təlimlərinin bir hissəsidir. Hərbi texnika Polşadan Litvaya magistral yollarla yenidən yerləşdiriləcək.