"Ukrayna Silahlı Qüvvələri “Rusiyanın təcavüzünün qarşısını almağa və Rusiya Federasiyasını sülh sazişi imzalamağa kömək edəcək” yeni təhlükəsizlik arxitekturasını hazırlayır. Bütün detalları bölüşə bilmərəm, amma quruda, dənizdə və havada müdafiəyə hazırlaşırıq”.
Xezerxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ambrosetti Forumunda videokonfrans zamanı deyib.
Ukraynanın dövlət başçısının sözlərinə görə, plana Rusiyanın müharibəni davam etdirməsi ehtimalını azaldacaq dron sistemləri, eləcə də müdafiə sistemlərinin təkmilləşdirilməsi və düşmən hücumlarının qarşısının alınması tədbirləri daxildir.
Zelenski bildirib: “Biz müdafiə sistemlərini təkmilləşdirmək və rusların hücumlarının qarşısını almaq üçün çalışırıq və bu, onları sülh sazişi imzalamağa sövq edəcək. Bunun üçün ABŞ-nin dəstəyi lazımdır”.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vladimir Putin və Volodimir Zelenski ilə son danışıqlardan sonra verdiyi açıqlamada bütün iştirakçıların əsas məqsədin yalnız müvəqqəti atəşkəs deyil, sülh razılaşması olması ilə razılaşdığını bildirib.