AZ

Qarabağdan olan 16 mindən çox məcburi köçkün Ermənistan vətəndaşlığını qəbul edib

Ajans.az xəbər verir ki,bu barədə Ermənistanın daxili işlər nazirinin müavini Armen Qazaryan sentyabrın 5-də parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin iclasında məlumat verib. Nazir müavininin sözlərinə görə, qeyd olunan şəxslərin 5 mindən çoxunu avtomatik olaraq Ermənistan vətəndaşı olan yetkinlik yaşına çatmayan şəxslər təşkil edir. Onlar valideynlərinin yeni pasport alması ilə birlikdə vətəndaşlıq əldə ediblər. “Bu göstəricilər sentyabrın 2-nə olan rəsmi məlumatlara əsaslanır”, – deyə Qazaryan əlavə edib. Qeyd edək ki, 2023-cü ilin payızında Qarabağdan kütləvi köç dalğası nəticəsində on minlərlə insan Ermənistan ərazisinə keçmişdi. Ermənistan hökuməti onların hüquqi statusunun tənzimlənməsi istiqamətində vətəndaşlıq məsələlərinə dair prosedurlar həyata keçirir.

 

Seçilən
81
Ajans.az

1Mənbələr