AZ

“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib

“Tərtər işi” ilə bağlı ittiham olunan Ramil Əhmədov, Fuad Ağayev, Fuad Axundov, Cavid Ağadadaşov, Qurban Cümşüdovun cinayət işi üzrə zərərçəkmiş tərəfin hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərə verilmiş cəzadan narazı olduqlarını və cəzanın ağırlaşdırılmasını xahiş ediblər.

Məhkəmə qərar qəbul edib.

Qərara əsasən, zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Hərb Məhkəməsinin hökmünə əsasən, Ramil Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay, Cavid Ağadadaşov 4 il, Qurban Cümşüdov 4 il müddətə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Seçilən
29
10
aznews.az

10Mənbələr