AZ

Monqolustan Rusiya və Çinlə əlaqələrini genişləndirir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Rusiya, Monqolustan və Çin üç ölkə arasında münasibətləri dərinləşdirmək və inkişaf etdirməkdə davam edir".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Şərq İqtisadi Forumunun plenar iclasında Monqolustanın Baş naziri Qombojavın Zandanşatar deyib.

O, bildirib ki, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün bütün sərhədlər aşılır.

"Əbədi qonşu və strateji tərəfdaş olan ölkələrimiz bütün sərhədləri aşaraq, ikitərəfli və üçtərəfli münasibətləri dərinləşdirməyə və inkişaf etdirməyə davam edir. Monqolustan Avrasiya İqtisadi İttifaqının və "Bir kəmər, bir yol" təşəbbüsünün nəqliyyat layihələrinin uyğunlaşdırılmasına” kömək etməyə hazırdır", - Monqolustan Baş naziri qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
bakivaxti.az

2Mənbələr