AZ

"Azərbaycan xalqı xeyriyyəçiliklə dünya miqyasında tanınır" – Esmira Rəhimova

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında bildirib ki, sentyabrın 5-i dünyanın bir çox ölkələrində Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd olunur.

Onun sözlərinə görə, bu günün bayram kimi təsdiqlənməsi barədə qərar 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında qəbul edilib. Esmira Rəhimovanın sözlərinə görə, çox vaxt xeyriyyəçilik valideynsiz uşaqlara, xəstələrə, evsiz və yoxsul insanlara yardım kimi başa düşülsə də, bu fəaliyyət təhsil və müalicə müəssisələrinin təminatını, tarixi abidə və məbədlərin bərpasını da əhatə edir. “Bu əsasda həyata keçirilən xeyriyyə işləri insanların həyatında yaxşılığa doğru dəyişiklik yaradır və onların sevinc hissi ümumdünya bayramına çevrilir”, – deyə o vurğulayıb.

O qeyd edib ki, xeyriyyəçilik məsələləri son illər dünya ictimaiyyətinin diqqətini daha çox cəlb edir. Azərbaycanda isə bu ənənə qədimdən mövcuddur: “Xeyirxahlıq xalqımızın milli xüsusiyyətidir. Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev buna bariz nümunədir.”

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
81
qht.az

1Mənbələr