AZ

Milli komanda DÇ-2026-ya vəsiqə qazandı, ölkə prezidenti bu qərarı verdi

Paraqvay prezidenti Santyaqo Penya ölkədə sentyabrın 5-ni qeyri-iş günü elan edib.

Publika.az xəbər verir ki, bu barədə "One Football" məlumat yayıb.

Buna səbəb ölkənin futbol millisinin 16 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanması olub. Komanda evdə Ekvadorla 0:0 hesablı heç-heçə oynayaraq final mərhələsinə vəsiqə əldə edib.

Paraqvay tarixində doqquzuncu dəfə dünya çempionatında iştirak edəcək və bu, 2010-cu ildən sonra ilk dəfədir. 2010-cu ildə Cənubi Afrikada keçirilən mundialda komanda tarixində ən yaxşı nəticəni göstərərək 1/4 finala yüksəlmişdi.

Seçilən
60
publika.az

1Mənbələr