AZ

Tullantı poliqonuna çevrilən Qala küçəsindən ŞİKAYƏT: Ətraf ərazilərdən də zibili bura atırlar

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Xəzər rayonu, Qala qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən 163-cü Qala küçəsi uzun müddətdir ki, tullantı poliqonunu xatırladır.

Oxu.Az-a daxil olan şikayət məktubunda bildirilib ki, əraziyə nəzarət olunmadığı üçün yaranan vəziyyəti birdəfəlik yoluna qoymaq mümkün deyil.

Tullantı poliqonuna çevrilən Qala küçəsindən ŞİKAYƏT: "Ətraf ərazilərdən də zibili bura atırlar"

Müraciətdə o da qeyd olunub ki, burada təmizlik işlərini əsasən "Təmiz şəhər" ASC həyata keçirir. Lakin küçə yalnız üç-dörd gün təmiz qalır. Problemin əsas səbəbi ərazinin yalnız yerli sakinlər tərəfindən deyil, həm də qonşu yaşayış məntəqələrinin sakinləri tərəfindən zibillənməsidir, çünki orada yaşayanların da gecə vaxtı tullantılarını gətirib bu əraziyə atırlar.

"Hətta Binə qəsəbəsindən zibilyığan maşınlar da gecə saatlarında tullantılarını bu küçəyə boşaldırlar. Yeni ev tikən, köhnə evini sökən, kimin əlinə nə keçsə, gecə ilə gətirib buraya atır. Bu səbəbdən də ərazi təmizlənsə də, cəmi iki, ya üç gündən sonra yenə eyni mənzərənin şahidi oluruq", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı "Təmiz şəhər" ASC-dən Oxu.Az-a verilən məlumatda bildirilib ki, daxil olan müraciət əsasında artıq ərazi tullantılardan təmizlənib.

"Qeyd olunan ərazidə bərk məişət tullantılarının toplanması və daşınması üçün xüsusi konteyner yerləşdirilib və hər gün daşınma həyata keçirilir. Buna baxmayaraq, sakinlər tərəfindən bəzi hallarda qaydalara əməl edilməyərək, bərk məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin ətrafına bərk məişət tullantıları ilə yanaşı tikinti, bağ və bostanlarda əmələ gələn tullantılar atılır. Bu isə sakinlərin narazılığına səbəb olmaqla yanaşı, tullantıların daşınmasında çətinliklər yaradır.

Sakinlərdən bir daha xahiş edirik, ətraf mühitin mühafizəsinə bərk məişət tullantılarının düzgün idarə olunmasına diqqətlə yanaşsınlar və tullantıları ərazidə yerləşdirilmiş konteynerlərə təyinatı üzrə atsınlar", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
1
oxu.az

10Mənbələr