AZ

ABŞ də yeni trendə maraq ARTIR

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Sosial şəbəkələrdə insanların bel, baş və boyun qaşımasının fiziki və emosional vəziyyətə müsbət təsir göstərdiyi fikri populyarlıq qazanır.

Redaktor.az xəbər verir ki, yeni virus trendinə diqqəti FoxNews telekanalı çəkib.

“Outnumbered” proqramının aparıcılarının məlumatına görə, insanlar belini qaşımaq üçün başqasına yüksək məbləğdə pul ödəməyə hazırdırlar. Xüsusilə, bu xidməti ABŞ-nin Hollivud şəhərində fəaliyyət göstərən bir şirkət göstərir. Firma özünü “20 illik təcrübəyə malik bel qaşıma mütəxəssisi” kimi təqdim edir.

Müştərilərə vəd edilir ki, “qaşıma terapisi” onlara yaxşı əhval-ruhiyyə bəxş edəcək. Prosedura gələn şəxslərdən təmiz olmaları xahiş olunur və bildirilir ki, mütəxəssis bel, baş və boyuna toxunacaq. İstəyə görə isə saçlarla da oynaya bilər. Xidmətin qiyməti təxminən yarım saat üçün 5 700, bir saat üçün isə 10 500 rubldur.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
1
redaktor.az

3Mənbələr