AZ

Məşhur aktrisa hava limanında narkotiklə saxlanıldı

Domodedovo hava limanında “Buz” və “Xolop 2” filmlərindəki obrazları ilə tanınan, məşhur rusiyalı aktrisa Aqlaya Tarasovanın üzərindən narkotik maddə tapılıb.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, Tarasovadan həşiş yağı tapılıb. Qeyd olunur ki, “Təcrübəçilər” serialının ulduzu bir neçə gün əvvəl İsraildən gəlib. Onun barəsində narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb.

Qeyd olunur ki, “Prinsipsiz” serialının ulduzunu 7 ilə qədər həbs gözləyir.

Seçilən
48
publika.az

1Mənbələr