AZ

Böyük Britaniyanın baş nazir müavini istefa verib

Ajans.az xəbər verir ki,Rayner sosial media hesabında paylaşdığı istefa məktubunda, ikinci evinə görə möhür rüsumunu düzgün hesablamadığına görə məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib. "Vergilərə məsul bir nazir kimi, bu məsələdə daha diqqətli və çalışqan olmalı idim. Əlavə vergi məsləhəti almamağım səhv idi. Niyyətim düzgün məbləği ödəməkdən başqa bir şey deyildi", – deyə Rayner bildirib. İstefa qərarının səbəblərini izah edən Rayner, yaranan vəziyyətin ailəsinə mənfi təsirini də nəzərə aldığını vurğulayıb: "Baş verən hadisələrin ailəmə və yaxın çevrəmə təsirini nəzərə alaraq, Baş nazirin müavini, Mənzil, İcmalar və Yerli İdarəetmə naziri və Əmək Partiyasının sədr müavini vəzifələrindən istefa verirəm." Angela Rayner, İşçi Partiyasının nüfuzlu simalarından biri olaraq, son illərdə partiyanın rəhbərliyində əsas fiqurlardan sayılırdı. Onun istefası ölkədə siyasi gündəmin diqqət mərkəzinə çevrilib və yeni təyinatlarla bağlı gözləntilər artıb.

 

Seçilən
13
Ajans.az

1Mənbələr