AZ

“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTOLAR

Sərfəli xidmətləri ilə tanınan “Nar” “Hüquqlarınla parla!” layihəsinə dəstək oldu. Layihə uşaq hüquqlarını uşaqlara tanıtmaq və onların sağlam inkişafını təmin etmək məqsədilə təşkil olunub.

Mia.az xəbər verir ki, “Hüquqlarınla parla!” layihəsi çərçivəsində Bakı məktəblərində keçirilən görüşlərdə şagirdlər üçün təhlükəsiz internet mühitinin hüquqi aspektləri, zərərli vərdişlərdən qorunma yolları, sağlam həyat tərzinin önəmi və kibertəhlükəsizlik mövzularında interaktiv təlimlər keçirilib. Sonda təlim iştirakçıları imtahanda iştirak edərək öyrəndikləri bilikləri praktiki şəkildə tətbiq ediblər.

“Korporativ sosial məsuliyyət strategiyamızın təhsil istiqamətinə uyğun olaraq, uşaqların öz hüquqlarını tanımasını və təhlükəsiz mühitdə böyüməsini vacib hesab edirik. Bu təşəbbüs də şagirdlərə cəmiyyətimizin fəal üzvünə çevrilmək üçün zəruri olan bilik və bacarıqları qazandırır”, - deyə “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.




Seçilən
69
16
mia.az

10Mənbələr