Moskva şəhərində eyni anda iki yanğın hadisəsi baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə 112 Telegram kanalı məlumat yayıb.
"Moskva-Siti"dəki "Afimoll" ticarət mərkəzinin yaxınlığında tikinti sahəsində yanğın olub, "Kiyevski" metrostansiyasının yaxınlığında isə 45 m² sahəni əhatə edən iki çiçək pavilyonu alovlanıb.
Hər iki yanğın yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Nazirlikdən verilən məlumata görə, yanğınlar lokallaşdırılıb, xəsarət alan yoxdur.
Məryəm Quliyeva