ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Şəmkir rayonu ərazisində qayda pozan piyadalar kameraya düşüblər.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, yolu müəyyən olunmamış yerdən keçən kişi və qadın yaxınlaşmaqda olan “TIR” markalı yük maşınını görsələr də ona əhəmiyyət verməyiblər və dayanmadan hərəkət ediblər. Bu vaxt onlar həm özlərini, həm də sürücünü təhlükəyə atıblar. Kadrdan da göründüyü kimi, hətta qadın yük maşınının altında qalmaqdan son anda xilas olub.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.