AZ

Bakının rəmzi binalarından birini kim pis günə qoyub?

Bakının mərkəzində, Nəsimi rayonu, Bülbül prospektində və 28 May küçəsində yerli əhəmiyyətli memarlıq abidəsinə – memarlar Sadiq Dadaşev və Mikayıl Useynov tərəfindən layihələndirilmiş “Xalq qəzeti”nin redaksiyasının yerləşdiyi binaya icazəsiz müdaxilə qeydə alınıb.

Binanın fasadında tarixi görkəmini pozan metal konstruksiyalar quraşdırılıb. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına (inventar nömrəsi 2985) əsasən bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxil edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən haqqin.az-a verilən məlumata görə, özbaşına tikililərin quraşdırılmasını Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzarətə götürüb.

Seçilən
75
moderator.az

1Mənbələr