AZ

Dövlət 1 bankda 200 milyon manat depozit yerləşdirdi

Sentyabrın 5-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ərracın nəticələrinə əsasən, xəzinə hesabının 200 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

 

Seçilən
66
49
marja.az

10Mənbələr