AZ

Fransanın əczaçılıq şirkəti uğursuzluqla üzləşib

Paris, 5 sentyabr, AZƏRTAC

Fransanın əczaçılıq şirkəti olan “Sanofi”nin atopik dermatit (ekzema) əleyhinə hazırladığı “amlitelimab” adlı dərman Paris birjasında kəskin şəkildə dəyərini itirib.

AZƏRTAC xəbər verir ki, buna səbəb aparılan klinik sınaqların üçüncü fazasında dərmanın gözləntiləri doğrultmamasıdır.

“Sanofi”nin araşdırdığı “amlitelimab” molekulu 2 faza sınaqlarında ümidverici nəticələr göstərsə də, 3-cü faza mərhələsində digər vasitələrlə müqayisədə zəif olub.

Qeyd edək ki, “Sanofi” son illərdə bir sıra uğursuzluqlarla üzləşib.

Seçilən
72
1
azertag.az

2Mənbələr