AZ

Tramp administrasiyası vətəndaşlıq imtahanını çətinləşdirməyi planlaşdırır

Tramp administrasiyası vətəndaşlıq imtahanını çətinləşdirməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp administrasiyasının ABŞ vətəndaşlığı üçün müraciət edənlərin keçəcəyi imtahanları çətinləşdirməyi planlaşdırdığı bildirilib.

Politico saytının xəbərinə görə, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS) direktoru Cozef Edlou Vaşinqtondakı Miqrasiya Araşdırmaları Mərkəzində keçirilən tədbirdə mövzu ilə bağlı açıqlama verib.

Edlou bildirib ki, mövcud imtahan çox asandır və ABŞ qanunlarına görə vətəndaşlıq hüququ qazanmayan şəxslərin miqrasiya prosesində dəstəklənməsinə imkan verir.

O, imtahanın yalnız yüksək təhsilli namizədlərin keçə biləcəyi qədər çətin olmasını istəmədiyini, lakin yenə də imtahanın daha düşündürücü olmalı olduğunu qeyd edib.

Edlou həmçinin namizədlərdən Amerikalı olmağın nə demək olduğunu izah edən qısa yazı yazmaları da tələb oluna biləcəyinə diqqət çəkib.

Xəbərdə vurğulanır ki, vətəndaşlıq müraciət prosesində bu dəyişikliklərin yaxın zamanda həyata keçməsi mümkün deyil və bu təkliflərin Tramp administrasiyasının miqrasiya prosesini daha ciddi şəkildə yoxlama siyasətinin bir hissəsi olduğu qeyd edilir.

Seçilən
59
afn.az

1Mənbələr