AZ

“Qərbin yekdil addımı güclü diplomatik proseslərin başlanğıcını gətirə bilər”

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

“ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi ilə bağlı müzakirələr beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Bu addım Latın Amerikası regionunun geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Venesuela həm enerji resurslarına, həm də strateji mövqeyinə görə böyük güclərin maraq dairəsindədir. Mövcud vəziyyət göstərir ki, Vaşinqton regional sabitlik və enerji təhlükəsizliyi məsələlərini prioritetləşdirir. Ancaq bu proses digər qlobal güclərin – xüsusilə Rusiya və Çinin – diqqətini də bölgəyə yönəldir. Belə bir vəziyyət yeni güc balanslarının formalaşmasına zəmin yarada bilər”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O qeyd edib ki, Moskva Venesuela vasitəsilə Latın Amerikası siyasətində təsirini gücləndirməyə çalışacaq: “Çin isə burada əsasən iqtisadi maraqlarını qorumağa fokuslanacaq. Əgər vəziyyət kəskinləşərsə, beynəlxalq sistemdə rəqabət daha açıq şəkildə müşahidə olunacaq. Bu, həm də beynəlxalq hüquq institutlarının fəaliyyətinə yeni sınaq deməkdir. Regional təşkilatlar və qonşu dövlətlərin mövqeyi hadisələrin inkişafında həlledici ola bilər”.

T.İsmayılovun sözlərinə görə, ABŞ-nin mümkün hərbi müdaxiləsi regionda sosial-siyasi gərginliyi artıra biləcək: “Bununla yanaşı, Qərbin yekdil addımı güclü diplomatik proseslərin başlanğıcını gətirə bilər. Bu ssenari həm enerji bazarlarına, həm də beynəlxalq iqtisadi münasibətlərə təsirsiz ötüşməyəcək. Yeni balans axtarışları isə qlobal siyasətin əsas gündəminə çevriləcək. Ümumilikdə, Venesuela ətrafında yaranan vəziyyət böyük güclər arasında rəqabətin yeni mərhələsini açır. Prosesin gələcək inkişafı beynəlxalq münasibətlərin konturlarını müəyyənləşdirəcək”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
icma.az

1Mənbələr