AZ

Astarada kütləvi zəhərlənmə olub - YENİLƏNİB

Bu gün11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.

Gülcahan Məmmədova

***

17.55

Astarada kütləvi zəhərlənmə olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara rayonunda 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına daxil olub.

Onlardan 10 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.

Seçilən
25
6
apa.az

9Mənbələr