Bakı. Trend:
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında“Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans təşkilolunub.
Trend xəbərverir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ÜmummilliLider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyüuğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.
Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezidentİlham Əliyevin rəhbərliyi altında xalqımızın 44 günlük Vətənmüharibəsində apardığı mübarizəyə diqqət çəkib, 8 Noyabr Zəfərininönəmini vurğulayıb: "Xalqımız öz liderinin – Müzəffər Ali BaşKomandan İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycantarixinin ən böyük uğurunu, gücünü, mətinliyini, mübarizliyinibütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədəuğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü.44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunmasıilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə,Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörənlider İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsindəAzərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfəçevirdi".
Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyev təkcə hərbiQələbənin deyil, eyni zamanda, sabitliyin, inkişafın və sülhünmemarıdır: "Dövlətimizin başçısının müdrik rəhbərliyi iləAzərbaycan bu gün nəinki regionda, həm də beynəlxalq miqyasdasabitlik adası, əməkdaşlıq mərkəzi və dayanıqlı inkişaf modeli kimitanınır. Əminik ki, bu model yaxın gələcəkdə bütün dünya üçünnümunəyə çevriləcək və hər kəs Prezident İlham Əliyevin liderliyiilə Azərbaycan xalqının əldə etdiyi yeni, böyük, tarixi uğurlaraşahid olacaq”, - deyə o vurğulayıb.
Milli Məclisin deputatı Eldar Quliyev işğal dönəmindəermənilərin törətdiyi vəhşiliyə diqqət çəkib. O qeyd edib ki,Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əldə etdiyitarixi Qələbə bütün bu vəhşiliklərə son qoydu, dövlətimizin ərazibütövlüyünü, suverenliyini təmin etdi. Bu gün Azərbaycanın bütündünya, xüsusilə də türk dövlətləri ilə geniş əməkdaşlıq əlaqələriqurduğuna diqqət çəkən deputat bütün bu uğurların müəllifininMüzəffər Ali Baş Komandan olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxışında dövlətimizinəldə etdiyi iqtisadi uğurlara diqqət çəkib. Müstəqilliyin ilkillərində Azərbaycanın bir çox problemlərlə yanaşı, həm də ciddiborc problemi ilə üzləşdiyini bildirən deputat hazırda Azərbaycanınborc verən ölkəyə çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru ŞərəfCəlilli də Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakıtarixi xidmətlərinə toxunub. O qeyd edib ki, məhz Prezident İlhamƏliyevin dərin zəkası, yüksək siyasi səriştəsi, cəsarət vəqətiyyəti Azərbaycanı tarixin ağır sınaqlarından qalib çıxarıb,dövlətimizə və xalqımıza bütün dünyada böyük hörmət və ehtiramqazandırıb.
Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birincimüavini Gülarə Verdiyeva, Əməkdar kənd təsərrüfatı işçisi, IQarabağ müharibəsi və əmək veteranı İmran Əbilov da iştirakediblər.