“İnter Mayami”nin hücumçusu Luis Suares Liqa Kubokunun finalında “Sietl Saunders”lə oyundan (0:3) sonra etdiyi davranışa görə üzr istəyib.
Publika.az xəbər verir ki, 38 yaşlı uruqvaylı üzrxahlığını İnstaqram səhifəsində yayımlayıb .
Sentyabrın 1-nə keçən gecə “İnter” “Sietl”ə məğlub oldu və ilin ilk kubokunu qazanmaq imkanını itirdi. Amma matçdan sonra danışılan bu deyildi.
Final fitindən sonra qarşıdurma yaranıb və bu zaman Suares “Sietl”in məşqçilər korpusunun üzvünün üzünə tüpürüb. Bu, oyunçuya qarşı tənqid fırtınasına səbəb olub.
“İlk növbədə, “Sietl”i Liqa Kubokunu qazanması münasibətilə təbrik etmək istəyirəm. Amma daha da önəmlisi, oyunun sonunda davranışıma görə üzr istəmək istəyirəm. Baş verməməli olan hadisələrin baş verdiyi gərgin və məyusedici an idi, amma bu, mənim reaksiyamı bağışlamır. Səhv etmişəm və həqiqətən də üzr istəyirəm.