AZ

FHN-in Aran Regional Mərkəzində təlim keçirib

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda təlim keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən hafta.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd Regional Mərkəzin xilasedicilərinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi və müxtəlif ekstremal şəraitlərdə çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə şərti çağırış üzrə dərhal hadisə yerinə çatıb, müvafiq vasitələrlə mənzilə daxil olaraq “halsız vəziyyətdə olan vətəndaşları xilas ediblər”.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Seçilən
31
7
hafta.az

8Mənbələr