AZ

Böyük Britaniyanın baş nazir müavini istefa verib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ-ın Fələstin prezidenti Mahmud Abbasa viza verməməsi ilə bağlı Ankaranın mövqeyini açıqlayıb.

TurkicWorld-un məlumatına görə, Fidan dövlət olaraq alternativ variantlar üzərində işlədiklərini, bu çərçivədə Fələstin rəsmiləri və ərəb ölkələri ilə geniş məsləhətləşmələrin aparıldığını bildirib.

Nazir vurğulayıb ki, Türkiyənin Fələstin məsələsindəki mövqeyi dəyişməz olaraq qalır. O, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının bu il xüsusi əhəmiyyət daşıdığını qeyd edib və izlas çərçivəsində Fələstin mövzusunda konfrans təşkil ediləcəyini xatırladaraq, bu tədbirin vacibliyinə diqqət çəkib.

Fidan əlavə edib ki, Türkiyə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Əlaqə Qrupunda təmsil olunan yeddi ölkə ilə birlikdə ABŞ-ın qərarını tənqid edib. Onun sözlərinə görə, Abbasa viza verilməməsi ilə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi üçün Səudiyyə Ərəbistanı, İordaniya, Misir və Qətərlə məsləhətləşmələr aparılıb, həmçinin Fələstin rəsmiləri ilə də görüşlər keçirilib.

Nazir xüsusilə Fransa və Böyük Britaniyanın bu il Fələstini dövlət kimi tanıyacaqlarına dair açıqlamalarını yüksək qiymətləndirib. O, bu qərarın uzunmüddətli və strateji baxımdan Fələstin xalqı və onun mübarizəsi üçün böyük qazanım olduğunu deyib.

Fidan həmçinin Türkiyənin hər zaman Fələstinin yanında olduğunu bir daha xatırladıb. O, məsələ ilə bağlı detallı qiymətləndirmələrin aparıldığını və bu məlumatların prezidentə də təqdim edildiyini bildirib. Nazir əlavə edib ki, “fayda” anlayışına əsaslanan mövqenin formalaşmasında Fələstin rəsmilərinin rolu xüsusi əhəmiyyət daşıyır.

Seçilən
11
turkic.world

1Mənbələr